www.science.az
16.07.2015 08:04

Akademik Ramiz Məmmədov ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinin üzvü seçilib

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ABŞ-ın “David Publishing Company” Nəşriyyat Şirkətinin nüfuzlu “Gəmiçilik və okean mühəndisliyi” elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

Bu nəşr gəmiçilik və okean mühəndisliyi üzrə dünya jurnalları sırasında ən yüksək reytinqə malikdir. Azərbaycan aliminin bu jurnalın redaksiya heyətinə üzv seçilməsi coğrafiya elminin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir