Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Aqrar Elmlər Bölməsinin iclasında bölmə institutlarının fəaliyyətləri barədə yarımillik hesabat dinlənilib
14.07.2015 14:04
  • A-
  • A
  • A+

Aqrar Elmlər Bölməsinin iclasında bölmə institutlarının fəaliyyətləri barədə yarımillik hesabat dinlənilib

İyulun 14-də AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti büro iclası keçirilib.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədbirdə bölmənin tərkibinə daxil olan institutların 2015-ci il üzrə yarımillik fəaliyyətlərinə dair hesabatları dinlənilib.

Çıxış edən elmi müəssisə rəhbərləri yarım il ərzində institutlarda həyata keçirilən elmi-təşkilati işlər və tədbirlər, elmin populyarlaşdırılması üzrə fəaliyyət, institutların maddi-texniki bazası və əldə olunan mühüm elmi nəticələr və digər məsələlərə dair ətraflı məlumatları diqqətə çatdırıblar.

Sonra Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və AMEA-nın müxbir üzvü Amin İsmayılov bölmənin tərkibində fəaliyyət göstərən Problem Şuralarının (“Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə elmi şura” və “Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası problemləri üzrə elmi şura”) fəaliyyətləri barədə məlumat veriblər.

İclasda, həmçinin aqrar elmin müasir yanaşmalar əsasında təşkili və innovativ metodların aqrar elmdə tətbiq edilməsi məqsədilə hazırlanmış “Azərbaycan Respublikasında Aqrar Elmin İnkişafı Konsepsiyası” layihəsinin icrası, AEB-in tərkibinə daxil olan elmi müəssisələrin veb-saytlarının monitorinqi, AMEA-nın 70 illik yubiley tədbirlərinə hazırlıq və s. məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: