www.science.az
14.07.2015 08:31

Azərbaycan alimləri Fransanın Sofiya-Antipolis Universitetinin fəxri professoru adına layiq görülüblər

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, bu elmi qurumun şöbə müdiri, professor İsaxan Vəliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva Fransanın Nissa şəhərindəki Sofiya-Antipolis Universitetində “İnsan ləyaqəti” mövzusunda keçirilən beynəlxalq elmi-nəzəri konfransda iştirak ediblər.

Konfrans çərçivəsində alimlərimiz universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Jan-Kristof Martin ilə görüşüblər. Görüşdə iki müəssisə arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Azərbaycan alimləri Sofiya-Antipolis Universitetinin fəxri professoru adına layiq görülüblər.

İ.Məmmədzadə konfransda “Azərbaycanın modernləşməsi və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib.

Beynəlxalq tədbirdə digər mövzularda məruzələr də dinlənilib, geniş elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir