Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək
03.07.2015 11:21
  • A-
  • A
  • A+

Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant maliyyə dəstəyi və təşkilatçılığı, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının isə elmi-təşkilati dəstəyi ilə 6-8 iyul 2015–ci il tarixlərində “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan  tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələri haqqında məruzə edəcəklər. 

Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb. Əlavə məlumatla konfransın http://sdf.gov.az/conferences/sun2015/ internet səhifəsində tanış olmaq olar. 

Beynəlxalq konfransın açılış mərasimi 2015-ci il 6 iyul tarixində saat 10.00-da Bakı şəhəri, Salyan şosesi, Şıx çimərliyi, “Aysberq“ İstirahət Mərkəzinin böyük zalında baş tutacaq (www.aysberq.az; telefon: (012) 565 07 45). Təşkilat komitəsi ilə əlaqə: (012) 563 61 11 (EİF), Info@elmfondu.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: