Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bu il 1 saniyə uzun olacaq
29.06.2015 14:20
  • A-
  • A
  • A+

Bu il 1 saniyə uzun olacaq

Paris Rəsədxanası bu ilin 1 saniyə uzun olacağını açıqlayıb. Buna səbəb Yer kürəsinin fırlanma sürətinin azalması göstərilir.

Aradakı fərqi götürmək üçün saatlara 1 saniyə əlavə ediləcək. Bu, 2015-ci il iyunun 30-da günorta saatlarında baş verəcək.

Beləliklə, 30 iyun tarixində gün 86 min 400 əvəzinə 86 min 401 saniyə olacaq.

Saatlara əlavə saniyə ilk dəfə 1972-ci ildə, axırıncı dəfə isə 2012-ci ildə əlavə edilib. Builki əlavə, tarixdə 26-cı olacaq.

ABŞ əlavə saniyələrin naviqasiya və rabitə sistemləri üçün dağıdıcı olacağını iddia edərək bunun qarşısını almaq istəyir. Bunun əksinə olaraq, Birləşmiş Krallıq isə “Qrinviç ortalama vaxtı”nın dəqiq olması üçün əlavə saniyələri vacib sayır.

“Qrinviç ortalama vaxtı” 1847-ci ildə günəşin qrinviç meridianından keçməsinə görə hesablanıb və qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: