Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA “Kənd təsərrüfatı ili”ndə taxılçılığın inkişafına öz töhfəsini verir
22.06.2015 05:41
  • A-
  • A
  • A+

AMEA “Kənd təsərrüfatı ili”ndə taxılçılığın inkişafına öz töhfəsini verir

AMEA 2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan edilməsi və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı nəzərə alaraq bu sahədə fəaliyyətini uğurla davam etdirir. Bununla əlaqədar olaraq, əhalinin taxıl məhsullarına olan tələbatının qarşılanması məqsədilə AMEA-nın aidiyyatı elmi müəssisə və təşkilatları ilə məsləhətləşmələr aparılıb və AMEA Rəyasət Heyəti Aparatının İşlər idarəsi nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı “Xızı” Kənd Təsərrüfatı-İstehsalat Kompleksi tərəfindən Botanika İnstitutunun Karrar kəndində yerləşən torpaq sahəsinin 50 hektarlıq ərazisində keyfiyyətli buğda yetişdirilib.

Ötən gün “Aqrolizinq” ASC-nin Ucar aqroservis filialının köməkliyi ilə taxılın vaxtında və keyfiyyətli biçilməsi təşkil edilib. Həmçinin əldə olunan məhsulun satışı Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun yardımı ilə həyata keçirilib.

Mütəxəssislərin fikrincə, tədarük olunan buğda taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: