Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kaunas Texnologiyalar Universitetinin nümayəndələri AMEA İqtisadiyyat İnstitutunda olub
03.12.2013 00:00
  • A-
  • A
  • A+

Kaunas Texnologiyalar Universitetinin nümayəndələri AMEA İqtisadiyyat İnstitutunda olub

AMEA İqtisadiyyat İnstitutunda Litvanın Kaunas Texnologiyalar Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin dekan müavinləri, professorlar Edita Gimzauskiene və Kestutus Duoba ilə görüş keçirilib.

Görüşdə İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov və digər əməkdaşlar iştirak ediblər.

Görüşdə yerli və beynəlxalq iqtisadi, sosial, ekoloji və elmi layihələrdə birgə əməkdaşlıq, layihələrin maliyyələşməsi, kadr mübadiləsi və hazırlığı və digər mövzular üzrə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: