Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.06.2015 09:37
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunun alimləri beynəlxalq sərgidə iştirak ediblər

AMEA Botanika İnstitutunun alimləri beynəlxalq sərgidə iştirak ediblər

 

AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə və institutun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov İsveçrənin Friburq Təbiət Tarixi Muzeyində (FTTM) keçirilən dünya relikt bitkilərinə həsr olunmuş sərginin inaqurasiyasında və elmi tədbirdə iştirak üçün dəvət olunmuşlar.

Bu mühüm tədbirdə Azərbaycan Respublikasının İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, İsveçrənin təhsil naziri və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə, həmçinin Avropanın müxtəlif elmi təşkilatlarında təhsillərini davam etdirən Botanika İnstitutunun doktorantları E.Əlirzayeva və A.Dadaşova iştirak ediblər.

AMEA Botanika İnstitutu və FTTM arasında bağlanmış müqaviləyə əsasən sərgidə Azərbaycanın relikt ağac növünün yayılma əraziləri, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr nümayiş olunub.

Müzakirələr zamanı alimlər elmi əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin mühafizəsi istiqamətində təbliğatın vacibliyini və bu yolda müasir texnologiyaların istifadə imkanlarının cəlb edilməsi zəruriliyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: