Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşının Azərbaycan kəlağayıları haqqında məqaləsi nəşr olunub
18.06.2015 08:44
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşının Azərbaycan kəlağayıları haqqında məqaləsi nəşr olunub

“İrs” beynəlxalq jurnalının ingilis dili buraxılışının növbəti nömrəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Afət RüstəmbəyovaRuslan Hüseynovun “Kəlağayı - XIX-XX əsrin əvvəllərində Azərbaycan qadınlarının ənənəvi baş örtüyü” adlı məqaləsi dərc olunub.

Bildiyimiz kimi, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Məqalədə orta əsrlərdə Azərbaycanda təkmilləşən və inkişaf edən ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri olan kəlağayıçılıq sənətindən bəhs edilir. Burada XIX-XX əsrin birinci rübündə dekorativ-tətbiqi sənət məhsulları sırasında özünün orijinal bəzək texnikasına görə həm texnoloji, həm də məzmun etibarilə fərqlənən müxtəlif kəlağayı nümunələri haqqında məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: