Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı müzakirə edildi
19.10.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı müzakirə edildi

AMEA Rəyasət Heyətində (RH) AMEA RH Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin rəhbərliyi ilə keçirilən iclasda institutun bir sıra əməkdaşları, AMEA RH-nin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Gülarə Əmirova, AMEA RH Mərkəzi Aparatınının Ümumi şöbəsinin rəisi Sevinc Həsənova iştirak etmişlər.

Akademiyada həyata keçirilən yeni islahatlardan danışan R.Əliquliyev bildirmişdir ki, RH Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində görülən işlərin yekunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.

İclasda İTİ-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov RH-nin struktur bölmələrinin fəaliyyətinin İT əsasında yenidən qurulması, elektron sənəd dövriyyəsi sisteminin işlənməsi, www.science.gov.az veb-portalının yenidən qurulması, AMEA-nın “ElmTV” İnternet televiziya kanalının yaradılması ilə bağlı işlərin icra vəziyyəti haqqında ətraflı məlumat vermişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: