Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fizika İnstitutunun əməkdaşları İtaliyada elmi ezamiyyətdə olublar
11.06.2015 12:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunun əməkdaşları İtaliyada elmi ezamiyyətdə olublar

AMEA Fizika İnstitutunun Bionanostrukturlar fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Sevda Abdullayeva, həmin laboratoriyanın aparıcı elmi işçiləri, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nahidə Musayeva 5-10 iyun 2015-ci il tarixlərində İtaliyanın Parma şəhərində elmi ezamiyyətdə olublar.

Ezamiyyətin məqsədi AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) arasında 2011-ci ilin aprel ayında bağlanmış Birgə Elmi Əməkdaşlıq müqaviləsi çərçivəsində 2014-2015-ci illər üçün müsabiqədə qalib gəlmiş layihəyə (Silisium platformu ilə inteqrasiya üçün germanium əsaslı sensorlar və infraqırmızı işıq diodları) uyğun Elektronika və Maqnetizm Materialları İnstitutunda elmi tədqiqat işlərinin aparılması və müzakirəsi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: