Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları 18 iyun - Milli İnsan Hüquqları Günü ilə əlaqədar əhali ilə görüşlər keçirib
10.06.2015 10:26
  • A-
  • A
  • A+

Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları 18 iyun - Milli İnsan Hüquqları Günü ilə əlaqədar əhali ilə görüşlər keçirib

Məlum olduğu kimi, 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Proqramda insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə isə 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları günü kimi təsis edilib.

Bu gün münasibətilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Dövlət və hüquq nəzəriyyəsi, mülki hüququ və mülki proses şöbəsinin əməkdaşları respublikamızın müxtəlif bölgələrində əhali ilə görüşlər keçiriblər. Görüşlər zamanı institut əməkdaşları Azərbaycanda insan hüquqlarının qorunmasına yüksək diqqətin göstərilməsi, müstəqillik dövründə insan hüquq və azadlıqlarının qorunması istiqamətində əldə olunan nailiyyətlər, eyni zamanda ölkədə hər kəs üçün bərabər imkanların yaradılması və hüquqların təmin edilməsi barədə çıxış ediblər.

Lənkəran, Cəlilabad, Biləsuvar, Salyan, Xaçmaz, Quba, Şabran, İsmayıllı, Abşeron və Bakı şəhərinin Qarabağ və Binəqədi rayonlarının əhalisinin müxtəlif təbəqələri ilə keçirilən görüşlərdə əhalini maraqlandıran problemlər və suallar cavablandırılıb.

Qeyd edək ki, görüşlərin təşkilində məqsəd Azərbaycanda insan haqları sahəsinə xüsusi önəm verilməsini dünyaya nümayiş etdirmək və bu günün ölkəmizdə də geniş qeyd olunmasını ənənəyə çevirmək olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: