www.science.az
09.06.2015 06:46

Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

İyunun 8-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü  ŞREM-in Nizamnaməsinə düzəliş və əlavələr edilməsi barədə məlumat verib. Yeni Nizamnamənin təsdiq olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınıb.

Y.Şükürlü, həmçinin əqli mülkiyyətin qorunması istiqamətində elmi idarələr və digər qurumlar qarşısında duran vəzifə və öhdəliklərdən danışıb.

Daha sonra çıxış edən ŞREM-in əməkdaşı Adışirin Xəlilov Patent və müəlliflik şəhadətnamələrinin qiymətləndirilməsi mexanizmi barədə məlumat verib. Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov isə Türkiyə Respublikası və Rusiya Federasiyasında iştirak etdiyi elmi konfransların işindən danışıb.

Tədbirdə, həmçinin Folklor və el sənətləri şöbəsinin aparıcı elmi işçisi Əli Süleymanovun təqdim etdiyi materialların çap olunması məsələsi ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir