Almaniyanın Höttingen Universitetinin professoru Ulli Günter Buntebart AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonağa mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar barədə məlumat verilib.
Görüşdə birgə tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir