Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XIV respublika elmi konfrans keçirilib
25.05.2015 07:18
  • A-
  • A
  • A+

“Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XIV respublika elmi konfrans keçirilib

Mayın 22-də AMEA Əlyazmalar İnstitutunda bu elm müəssisəsinin yaranmasının 65 illik yubileyinə həsr olunmuş “Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XIV respublika elmi konfrans keçirilib.

Tədbirdə Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov vaxtaşırı bu mövzuda keçirilən orta əsr əlyazmalarının tədqiqinə, Azərbaycan mədəniyyətinin tarixi problemlərinə həsr edilən konfransın keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Vurğulanıb ki, konfransda respublikanın müxtəlif elmi müəssisələrində çalışan tədqiqatçıların, xüsusilə də gənc mütəxəssislərin məruzələri dinləniləcəkdir.

Plenar iclasda AMEA-nın müxbir üzvi Möhsün Nağısoylu, filologiya elmləri doktorları Aybəniz Əliyeva-Kəngərli, Mahirə Quliyeva, Nailə Səmədova, Nəsrulla Məmmədov və başqaları çıxış edərək tədbirin vacib mövzuya həsr olunduğunu bildiriblər.

Sonra konfrans işini mətnşünaslıq; mənbəşünaslıq və multidistiplinar əlyazmaların araşdırılması bölmələri üzrə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: