www.science.az
22.05.2015 13:09

“Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” adlı kitab ışıq üzü görüb

AMEA Şərqşünaslıq İnstitutunda türk dünyasının iqtisadiyyatına həsr olunmuş yeni kitab işıq üzü görüb. “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” adlı topluya Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyevin uzun illər türk dünyasının iqtisadi inkişaf problemləri haqqında yazdığı məqalələr daxil edilib.

Kitabın ön sözünün müəllifi institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.

Toplu 3 bölmədən ibarətdir. Azərbaycan və Türkiyənin iqtisadi inkişaf problemlərinə həsr edilmiş yazılar iki ayrı bölmədə verilir. Türk dünyasının ortaq problemləri “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” adlı bölmədə oxucuların nəzərinə çatdırılır. Bu bölmənin son fəsli müəllifin dünya iqtisadiyyatı və qloballaşma haqqında mühazirələrinə həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir