Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanlı alim beynəlxalq tədbirdə məruzə edəcək
21.05.2015 12:23
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq tədbirdə məruzə edəcək

22-23 may tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində “Erməni məsələsi: uydurmalar və gerçəklər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Ankaranın Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada, İrlandiya, Fransa, Rusiya, Bosniya-Herseqovina, İsrail,Yaponiya  və Norveçin görkəmli tarixçiləri iştirak edəcəklər.

Tədbirdə ölkəmizi təmsil edən AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı “Bakı, 31 mart 1918-ci il: tarix – olduğu kimi” mövzusunda məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: