Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tək atomdan supermolekulyar kimyaya” adlı kitab çapdan çıxıb
19.05.2015 08:33
  • A-
  • A
  • A+

“Tək atomdan supermolekulyar kimyaya” adlı kitab çapdan çıxıb

AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və professor Asif Məmmədovun “Tək atomdan supermolekulyar kimyaya” adlı kitabı çapdan çıxıb.

Əsər kimyanın ən müasir problemlərinin təhlilinə həsr olunmuş Azərbaycan dilində olan ilk kitabdır. 

Yeni nəşr nanokimya, femtokimya, spin kimyası, ekstremal kimya, biomimetik kimya, supermolekulyar kimya, bir molekulun kimyası, molekulyar dinamika və metadinamika, kimyəvi reaksiyaların idarə olunması, kimyəvi koherentlik, fiziki-kimyəvi sistemlərin modelləşdirilməsi və fiziki-kimyəvi parametrlərin korrekt hesablanma üsulları, kimyanın inkişafının bütün dövrlərində aktual olan kvant kimyası və açıq sistemlərin termodinamikası, həmçinin sinergetika, özünü idarəetmə  məsələlərinə həsr edilib.

AMEA Elmi Nəşriyyat Şurasının qərarı ilə çap olunmuş kitab magistr, doktorant, elmi işçilər üçün nəzərdə tutulub.            

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: