Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.05.2015 07:31
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix-mədəni irs etnoqrafiya şöbəsinin əməkdaşları Türkiyənin Çorum şəhərində keçirilən IV Beynəlxalq Türk Dünyası İqtisadiyyat Forumunun iştirakçısı olublar.

Konfransda qurumun əməkdaşları Rahim Həsənov, Elşən Abdurahmanov, Nərgiz Əsədullayeva, Günel Musayeva və Ramil Teymurovun müxtəlif mövzularda məruzələri dinlənilib. AMEA-nın əməkdaşlarının elmi məruzələri türk dünyasının bütün bölgələrindən gəlmiş elm adamlarının marağına səbəb olub.

Toplantıda Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan elm adamları Şəki Regional Elmi Mərkəzi ilə əməkdaşlıq etmək təklifi irəli sürüblər.

Konfrans çərçivəsində iştirakçıların Çorum şəhərindəki tarixi memarlıq abidələrinə, qədim Hett dövlətinin paytaxtı olmuş Hattuşi şəhərinə səfəri təşkil edilib.

Tədbirin sonunda iştirakçılara beynəlxalq sertifikatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: