Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tədbirdə qrant layihənin yekun nəticələri barədə məlumat verilib
13.05.2015 12:43
  • A-
  • A
  • A+

Tədbirdə qrant layihənin yekun nəticələri barədə məlumat verilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin yekun hesabat tədbiri keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə uğurla başa çatdırılıb.

Tədbirdə MEK-in Azərbaycanşünaslıq şöbəsinin müdiri, AMEA Əlyazmalar İnstitutunun doktorantı Nərminə Abdullayeva müəllifi olduğu layihə barədə məlumat verib. Bildirilib ki, layihə Elmin İnkişafı Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin qalibi olub. Məqsəd Avropa ölkələrinin elmi kitabxanalarının iş təcrübəsinin, tətbiq olunan innovasiyaların və müasir xidmət növlərinin araşdırılması, elektron kitabxanaların, elektron kataloqların və elmi bazaların yaradılması, idarə olunması prinsiplərinin öyrənilməsidir. Layihənin həyata keçirildiyi müddət ərzində Belarus Milli Kitabxanasının, İstanbul Universitetinin Mərkəzi Kitabxanasının və Polşa Milli Kitabxanasının iş təcrübəsi öyrənilib.

Tədbirdə layihə çərçivəsində fəaliyyəti tədqiq olunan kitabxanaların təcrübəsi öyrənilərkən aşkar olunan oxşar və fərqli cəhətlərdən bəhs olunub, layihə üzrə alınmış nəticələrin həyata keçirilməsi, gələcək tədqiqatlarda istifadə perspektivlərindən danışılıb.

Sonda layihə çərçivəsində hazırlanan “Kitabxana innovatikasının elmi-nəzəri və təcrübi məsələləri” adlı monoqrafiya tədbir iştirakçılarına paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: