Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanlı alimlər İtaliyaya səfər edəcəklər
08.05.2015 09:20
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər İtaliyaya səfər edəcəklər

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA Rəyasət Heyəti Aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev may ayının 11-də İtaliyaya səfər edəcəklər.

6 gün davam edəcək səfərin məqsədi AMEA Geologiya və Geofizika İnstitutu ilə İtaliya Milli Tədqiqat Şurasının (CNR) birgə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən İtaliya-Azərbaycan elmi-tədqiqat qrupunun İtaliyanın Tito şəhərində keçiriləcək hesabat iclasında iştirak etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: