Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fələstinin Azərbaycandakı səfiri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub
06.05.2015 00:00
  • A-
  • A
  • A+

Fələstinin Azərbaycandakı səfiri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub

Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonağı kitabxanada ikinci dəfə görməkdən məmnun olduğunu ifadə edib, görüşün ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Səfir Nasir Əbdül Kərim ölkələrimiz arasında əlaqələrdən danışıb, Azərbaycanın Fələstini dövlət kimi ilk tanıyan ölkələrdən biri olduğunu, Fələstin məsələsində hər zaman onun mövqeyini dəstəklədiyini bildirib. İki ölkə arasında digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də fəal əməkdaşlığın olduğunu vurğulayıb.

Fələstində baş verən siyasi hadisələrin ölkəsinin elminə, təhsilinə və mədəniyyətinə də təsirsiz ötüşmədiyini söyləyən diplomat bu məqsədlə Azərbaycanın müasir elmi mərkəzləri və ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin önəmliyini bildirib.

Azərbaycanda bəzi ali təhsil ocaqlarında və elmi müəssisələrdə keçirdiyi görüşlərdən bəhs edən səfir ölkəsinin tanınmış kitabxanaları ilə MEK arasında informasiya mübadiəsi, müştərək proqram və layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Daha sonra L.İmanova MEK-də Fələstin tarixi, elm və mədəniyyətini əks etdirən guşənin hazırlanması məqsədilə səfirliklə birgə işin təşkil edilməsi, o cümlədən imzalanması nəzərdə tutulan əməkdaşlıq memorandumu ilə bağlı təkliflərini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: