Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“NATO-nun Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda Beynəlxalq konfrans keçiriləcək
18.03.2015 00:00
  • A-
  • A
  • A+

“NATO-nun Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

Martın 19-da saat 10:00-da “JW Marriott Absheron” otelində “NATO-nun Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Tədbir AMEA-nın İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı Nümayəndəliyi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda Milli Məclisin deputatları, Fövqaladə Hallar, Müdafiə, Milli Təhlükəsizlik, Azərbaycan Respublikası Hərbi və Baş Prokurorluğu, Daxili və Xarici İşlər, eləcə də digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və KİV nümayəndələri iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: