Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək
17.03.2015 00:00
  • A-
  • A
  • A+

“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək

8-13 sentyabr 2015-ci il tarixlərdə Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” adlı Azərbaycan - Türkiyə - Ukrayna Beynəlxalq elmi konfransı (MADEA-7) keçiriləcək. Konfransın təşkilatçıları AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mersin Universiteti, Ukrayna MEA Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA Y.A.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzidir. 

İngilis, rus və türk dillərində keçiriləcək konfransda tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələrin aparılması gözlənilir. 

Qeydiyyat 8-9 sentyabr 2015-ci il tarixlərdə keçiriləcək. Məruzələr cari ilin 31 may tarixinədək qəbul olunacaq. 

Konfrans haqqında ətraflı məlumatı www.madea2015.imm.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: