Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək
12.03.2015 00:00
  • A-
  • A
  • A+

Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək

Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti, Rusiyanın müdafiə naziri Sergey Şoyqun Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA Coğrafiya İnstitutunundirektoru, akademik Ramiz Məmmədovun müraciətinə cavab məktubu göndərib.

Cavab məktubunda bildirilib ki, Azərbaycan Respublikası və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqındakı təklif Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən dəstəklənir: “Biz həmin ekspedisiyanı Rusiya Coğrafiya Cəmiyyətinin “Avrasiyanın çöllər aləmi” layihəsi üzrə tədbirlər sırasına daxil etməyi təklif edirik. Bu layihənin Rusiya tərəfindən həyata keçirilməsi Cəmiyyətin vitse-prezidenti A.A.Çibilyova həvalə olunub”.

Sonda vitse-prezident Rusiya və Azərbaycan cəmiyyətləri arasında gələcək uğurlu və məhsuldar əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, R.Məmmədovun S.K.Şoyqunun göstərişi ilə Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə köməklik göstərmək haqqındakı müraciətinə Rusiya Coğrafiya Cəmiyyətinin Birinci vitse-prezidenti, akademik N.S.Kasimov baxmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: