Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika üzrə Nobel mükafatı laureatı Nizami Gəncəvi adına Qızıl medala layiq görülüb
04.05.2015 00:00
  • A-
  • A
  • A+

Fizika üzrə Nobel mükafatı laureatı Nizami Gəncəvi adına Qızıl medala layiq görülüb

AMEA-nın illik Ümumi yığıncağında Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunub.

 J.Alfyorov  əmək fəaliyyətinə 1953-cü ildə SSRİ Elmlər Akademiyasının Fiziki-Texnika İnstitutunda mühəndis kimi işə başlamışdır. Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə mütəxəssis olan alim 1972-ci ildən Ümumi Fizika və Astronomiya Bölməsi üzrə müxbir üzv, 1979-cu ildən Ümumi Fizika və Astronomiya Bölməsi üzrə akademik seçilmişdir.

Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin mükafatı və SSRİ Dövlət mükafatına layiq görülmüş J.Alfyorov 2004-cü ildən AMEA-nın fəxri üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: