Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elmi seminarda Azərbaycan və Çin dağlıq ərazilərinin inkişaf problemləri müzakirə edilib
10.03.2015 00:00
  • A-
  • A
  • A+

Elmi seminarda Azərbaycan və Çin dağlıq ərazilərinin inkişaf problemləri müzakirə edilib

Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə BMT Baş Assambleyasının “Beynəlxalq Dağ Günü"nün yaradılmasının ildönümünə həsr olunmuş “Azərbaycan və Çin dağlıq ərazilərin inkişaf problemləri” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə xüsusi ekosistemlərin və mədəni irsin obyektləri kimi dağların əhəmiyyətindən söz açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosentRafiq Abbasov unikal təbiət abidələrini qorumaq üçün “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncamın əhəmiyyətini qeyd edib.

Seminarda AMEA Coğrafiya İnstitutunun direktoru, akademiki Ramiz Məmmədov və direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bu elmi müəssisənin Çin alimləri ilə mövcud əlaqələrindən, Pekində keçirilən “İpək yolunun iqtisadi zonasında ekologiya, ətraf mühit və davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştiraklarından, dağlıq təbii - iqtisadi geosistemində Azərbaycanın davamlı inkişaf problemlərindən danışıblar.

Tədbir çərçivəsində Azərbaycan və Çinin tarixi və mədəni irsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: