Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Moskvada Nəriman Nərimanov haqqında kitab nəşr edilib
06.03.2015 00:00
  • A-
  • A
  • A+

Moskvada Nəriman Nərimanov haqqında kitab nəşr edilib

Moskvada məşhur rusiyalı tarixçi-qafqazşünas, professor, Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Rudolf İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” adlı kitabı nəşr edilib.

Monoqrafiyaya N.Nərimanovun nadir nəşrlərdən aşkar edilmiş məqalə və nitqləri, o cümlədən “Leninsiz fəaliyyətimizin bir ili” adlı, müəllifin sağlığında dərc olunmuş sonuncu əsəri daxil olunub. Əlavələrdə N.Nərimanovun həyat və fəaliyyəti ilə bağlı 147 əlamətdar tarix göstərilir. 10 bölmədən ibarət olan kitaba təqribən 475 tarixi material daxil edilib.

Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Akademik ön sözdə qeyd edir ki, oxucu dövriyyəsinə ilk dəfə professor R.N.İvanov tərəfindən daxil edilmiş məxvi arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır. Professor R.N.İvanovun sənədli epopeyasını Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan Nəriman Nərimanovun coşqun dövlətçilik və siyasi fəaliyyətinin ən dolğun tədqiqatı hesab etmək olar.”

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: