Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Yer Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə edilib
11.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Yer Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə edilib

Martın 10-da AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

İclasda büro üzvləri,Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katibləri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Ali Neft Məktəbindən aidiyyəti üzrə alim və professorlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda “Neft və Qaz Yataqlarının axtarışı və işlənilməsi üzrə Komissiya”nın yaradılması, AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin hazırlanma vəziyyəti, 2015-ci il üçün Yer elmləri sahəsində AMEA-nın akademik Musa Əliyev adına mükafat üzrə müsabiqənin elanı məsələlərinə baxılıb.

İclasda, həmçinin Coğrafiya İnstitutunda 2013-cü il üzrə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunanların dissertasiya mövzuları müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: