Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
06.03.2015 00:00
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Martın 5-də AMEA Coğrafiya İnstitutunda 2015-ci il üçün mülki müdafiə tədbirlər planına əsasən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev müxtəlif səbəblərdən baş verə bilən fövqəladə hadisələr və onlarla mübarizə imkanlarından danışıb. Rəhbər vəzifədə çalışan üzvlərin funksiyaları, o cümlədən xilasetmə və təxliyyə işlərinin həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini – Fövqəladə Hallar komissiyasının sədri, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Mülki Müdafiə planının reallığının, idarəetmə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, rəhbər heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi barədə məlumat verib. Həmçinin məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlarını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: