Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan florasında brioloji tədqiqatlar üzrə müasir yanaşmalar həyata keçirilir
30.04.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan florasında brioloji tədqiqatlar üzrə müasir yanaşmalar həyata keçirilir

AMEA Botanika İnstitutu ilə Berlin Botanika Bağı və Botanika Muzeyi (Almaniya) arasındakı elmi əməkdaşlıq çərçivəsində BBBM-in aparıcı mütəxəssisi Dr.Gerald Parolly, həmin təşkilatda təhsilini davam etdirən Botanika İnstitunun gənc doktorantı Tural Qasımov və institutun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d Vüqar Kərimov Azərbaycanın bəzi rayonlarında floristik və brioloji tədqiqatlar aparıblar. Qobustan, Gəncə, Gədəbəy, Tovuz, Qazax, Şəki, Qəbələ, Xızı, Altıağac və Quba ərazilərində aparılan çöl tədqiqatları  zamanı Azərbaycan florasına aid olan briofitlərin müasir səviyyədə tədqiqi üçün nümunələr toplanılıb.

Toplanılan nümunələr BBBM-də müasir metodla təyin ediləcək və herbari nümunələri hər iki təşkilatın Herbari kolleksiyasında saxlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: