Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Polimer Materialları İnstitutunun Elmi Şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə edilib
05.03.2015 00:00
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun Elmi Şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

Martın 3-də AMEA Polimer Materialları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutun direktoru, akademik Akif Əzizov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Sonra institutun elmi katibi vəzifəsini icra edən, kimya üzrə fəlsəfə doktoruSolmaz Rzayeva AMEA Rəyasət Heyəti tərəfindən tövsiyə olunan elmi-tədqiqat proqramları, akademiyada 2014-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri, doktorluq imtahanlarının qəbulu qaydalarının təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və səmərəli koordinasiyanın təşkili və s. sənədlər haqqında məlumat verib.

İclasda AMEA-nın adlı mükafatları üzrə akademik Yusif Məmmədəliyev adına mükafatına və Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsinə namizədliyi irəli sürülən əməkdaşların adları açıqlanıb. Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsinə AMEA-nın müxbir üzvü Mustafa Salahovun, akademik Yusif Məmmədəliyev adına mükafata AMEA-nın müxbir üzvü Yavuz Rüstəmovunnamizədliyi irəli sürülüb və yekdilliklə qəbul olunub.

Tədbirdə, həmçinin ekspert komissiyasının yeni tərkibinin təsdiq olunması, vakant vəzifələri tutmaq üçün elan olunmuş müsabiqə, Malayziyada (Kuala-Lumpur) yerləşən YUNESKO-nun himayəsi altında fəaliyyət göstərən Beynəlxalq elm, texnologiya və innovasiya Mərkəzinə (ISTIC) təkliflərin irəli sürülməsi və s. məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: