Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.04.2015 00:00
  • A-
  • A
  • A+

Latviyanın ilk qadın prezidenti “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunub

Latviyanın ilk qadın prezidenti “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunub

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqan “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ına layiq görülüb. Medal aprelin 29-da “Four Seasons Baku” otelində keçirilən III Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimat mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən xanım V.Vike-Freyberqana təqdim edilib. O, Azərbaycan-Latviya əlaqələrinin inkişafında, eləcə də Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin geniş miqyasda dünyaya çatdırılması, xalqlar və mədəniyyətlərarasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunması istiqamətində xidmətlərinə görə bu medala layiq görülüb.

V.Vike-Freyberqanın adı tarixə bütövlükdə Şərqi Avropada olmaqla, Latviyanın ilk qadın prezidenti kimi yazılıb. O, ölkəyə rəhbərlik etdiyi 1999-2007-ci illər ərzində Latviyanın həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmasına nail olan dövlət xadimidir. Beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən V.Vike-Freyberqa BMT-nin baş katibinin xüsusi elçisi, güclü və peşəkar siyasətçi, əsl liderdir. Həmçinin yaddaş, psixologiya, dil və təfəkkür sahəsində araşdırmaların, 10 kitab, 160-dan çox məqalənin müəllifidir.

Vike-Freyberqa  AR Prezidentinin Sərəncamına əsasən, 30 sentyabr 2012-ci il tarixdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində  Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri təyin olunub.

Latviyanın görkəmli dövlət xadimi siyasi fikirlərinə görə “Hanna Arendt”, Avropanın gələcəyi və milli özünüdərkin mənasını müəyyənləşdirdiyinə görə “İmperator Otto”, azadlıq və azad ticarəti təbliğ etdiyinə görə “Hayek” və bir çox digər mükafatlara, o cümlədən 37 Əmək ordeni və 16 "Fəxri Doktor" adına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: