AMEA Elmi İnnovasiyalar Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib. Mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Tədbirlər planının işlənib hazırlanmasına dair qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.