Mayın 27-də Qazaxıstanda “Milli Elmi-Texniki İnformasiya Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən “Elmə investisiyalar - elmtutumlu iqtisadiyyatın drayverləri” mövzusunda beynəlxalq elm və biznes dialoq meydanı keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd Mərkəzi Asiyanın aparıcı elmi-texniki tədqiqat institutlarının, ali təhsil müəssisələrinin maraq doğuran kommersiya xarakterli innovasiya layihələrinin investorlar tərəfindən maliyələşdirilməsidir. Tədbirdə investisiya şirkətləri, sənaye müəssisələri, biznes assosiasiyaları, maliyə institutları, vençur fondların və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı gözlənilir. Potensial investorların, inkişaf institutlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçiriləcək tədbirlərin yekunu olaraq gələcəkdə maliyələşdirilməsi və tətbiqi üçün innovasiya layihələri seçiləcək. Maraqlananlar aprelin 30-dək tədbirdə iştirak və layihənin mövzusu barədə məlumat verməlidirlər. Layihənin materialları mayın 5-dək göndərilməlidir. Ətraflı məlumatı www.innovasiya.az saytından əldə etmək olar.
<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>