Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq tədbirdə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin nişanı ilə təltif olunub
25.04.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq tədbirdə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin nişanı ilə təltif olunub

Qazaxıstan Respublikasının Qarağanda şəhərində “Fitokimya” Beynəlxalq elmi-praktiki mərkəzin 20 illik yubileyinə həsr edilmiş “Fitokimyanın nailiyyətləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi, Səhiyyə Nazirliyi, Sosial İnkişaf Nazirliyi, QMEA və Qarağanda vilayətinin İcra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş konfransda dövlət nümayəndələrilə yanaşı, ABŞ, Çin, Pakistan, Çexiya, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Qazaxıstanın bir sıra elmi tədqiqat təşkilatlarının 150-dən çox aparıcı alimi iştirak ediblər.

Tədbir təşkilatçılarının xüsusi dəvəti ilə konfransda AMEA Botanika İnstitutunun baş elmi işçisi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Siracəddin Sərkərov iştirak edib. Konfransda professor S.Sərkərovun “Kiçik malekulalı birləşmələrin xemotaksonomik əhəmiyyəti “ mövzusunda məruzəsi böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində S.Sərkərov 80 illik yubileyi münasibətilə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin “Qazaxıstan elminin inkişafında xidmətlərinə görə nişan”ı ilə təltif olunub. Azərbaycanlı alimə, həmçinin Qazaxıstanın milli geyimi də hədiyyə edilib.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: