Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XV-XVI əsr şairi Əhməd Şövqi Təbrizinin divanı əldə edilib
22.04.2015 00:00
  • A-
  • A
  • A+

XV-XVI əsr şairi Əhməd Şövqi Təbrizinin divanı əldə edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surətini əldə edib.

Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun bir ömür yaşamış, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi – münşisi vəzifəsini icra edib, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə dünyasını dəyişib.

Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylıları daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: