Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutu rus dilində yeni toplu nəşr etdirib
21.04.2015 00:00
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu rus dilində yeni toplu nəşr etdirib

AMEA Şərqşünaslıq İnstitutu tərəfindən rus dilində “Orta əsrlər Şərqi. Tarixşünaslığın və mənbəşünaslığının problemləri” (“Srednevekovıy vostok. Problemı istorioqrafii i istoçnikovedeniya”) toplusu nəşr etdirilib.

Görkəmli alim, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan məqalələr toplusu orta əsrlər Şərqinin tarixşünaslıq və mənbəşünaslığının aktual problemlərini əhatə edir. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayevin redaktorluğu ilə nəşr edilən topluda Azərbaycan, Rusiya, Gürcüstan, Tacikistan, Kanada və ABŞ-dan olan alimlərin məqalələri yer alıb.

Topluda Azərbaycan alimlərindən Ş.Mustafayevin XVI əsrin birinci yarısı və ortalarında Səfəvi tarixi salnamələrində Osmanlı surətlərinə, F.Əsədovun XX əsrin ikinci yarısında aparılmış tədqiqatlarda Xəzərlərin hökmranlığının müddətinə dair mübahisələrə, N.Axundovanın ərəb-türk münasibətlərinin ilkin dövründə türk hərb sənətinin müsəlman ərəblərə təsirinə dair məqalələri verilib. Kitaba, həmçinin Kanadadan H.Məmmədovun XV-XVI əsrlər Osmanlı tarixi ədəbiyyatında əcnəbi surətə - Əmir Teymura, E.Maçitidzenin Osmanlı imperiyasında yəhudi millətinin tarixinə, M.Tolmaçovanın coğrafi biliklər sahəsində Əhməd ibn Məcid və Ptolomey timsalında elmdə sələflərin nüfuzuna, A.Şıxsəidovun Avropa tarixşünaslığında “Dərbəndnamə” tarixi xronikasına həsr olunan məqalələri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: