Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi MDB ölkələri alimlərinin VIII forumunda iştirak edib
29.09.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi MDB ölkələri alimlərinin VIII forumunda iştirak edib

23-26 sentyabr 2013-cü il tarixlərdə Minsk şəhərində (Belarus) Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri alimlərinin “Ekoloji mədəniyyət və ətraf mühitin qorunması – 2013” mövzusunda VIII forumu keçirildi. Tədbirdə ölkəmizi bir neçə nazirlik və dövlət qurumlarının nümayəndələrindən ibarət heyət təmsil edirdi.

Forum çərçivəsində AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən “Mədəniyyətlər dialoqu və MDB ölkələrinin humanitar əməkdaşlığı: tarixi təcrübə, inteqrasiya yolları” seksiyasında “Postsovet məkanı: ümumi tendensiyalar mədəniyyətlərin dialoqunun və MDB ölkələrinin humanitar əməkdaşlığının reallaşdırılması və inkişafı üçün platforma kimi” adlı məruzə ilə çıxış edib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, R.Rzayeva 2010-cu ildə “MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının V Forumu” çərçivəsində gənc alimlər arasında keçirilən “Debütlar birliyi” beynəlxalq müsabiqəsinin “Humanitar və ictimai elmlər” nominasiyası üzrə laureatıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: