Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Botanika İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib
02.03.2015 00:00
  • A-
  • A
  • A+

Botanika İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

Fevralın 27-də AMEA Botanika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə Mülki Müdafiə (MM) sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb.

Sonra institutun MM qərargahının rəisi Nazim Xəlilov Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi barədə məlumat verib. Qeyd edib ki, MM orqanları qarşısında duran əsas vəzifələr zəlzələ, yanğın, sürüşmə, istehsalat qəzaları, dağıntılar və s. fövqəladə hadisələr zamanı əhalinin mühafizəsini təşkil etmək və bu istiqamətdə onların hazırlığını təmin etməkdir. N.Xəlilov institutda keçirilən MM tədbirlərinin əsas məqsədinin təbii fəlakət və qəzalar zamanı əməkdaşların davranış qaydaları haqqında məlumatlandırılması, hazırlıq səviyyəsinin yoxlanılması və bu sahə üzrə biliklərinin təkmilləşdirilməsi olduğunu bildirib.

Tədbirdə görülməsi vacib olan təhlükəsizlik tədbirləri barədə fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: