Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

2015-2016-cı illər üzrə İslam İnkişaf Bankının Təqaüd Proqramı elan edilir
26.02.2015 00:00
  • A-
  • A
  • A+

2015-2016-cı illər üzrə İslam İnkişaf Bankının Təqaüd Proqramı elan edilir

Proqram layihəsi İslam İnkişaf Bankına (İİB) üzv olan ölkələrdən istedadlı gənclərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili (PhD, 3 il müddətinə) almaq və doktoranturadan sonra tədqiqat işlərini (Post-doc, 6-12 ay müddətinə) aparmaq imkanı yaradır.

Sözügedən proqram haqqında ətraflı məlumatı və ərizə formalarını İİB-in rəsmi saytından (www.isdb.org) əldə etmək olar.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və digər təşkilatlarının əməkdaşları təqdim olunmuş ərizə formalarını dolduraraq 5 mart 2015-ci il tarixədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinə təqdim etməlidirlər.

Əlaqə nömrəsi: (+994 12) 492 66 51

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: