Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Çexiyada nəşr edilmiş jurnalın növbəti sayı Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunub
26.02.2015 00:00
  • A-
  • A
  • A+

Çexiyada nəşr edilmiş jurnalın növbəti sayı Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunub

Praqadakı Çexiya Milli Muzeyində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan – möcüzəli odlar yurdu” mövzusunda beynəlxalq sərgisi keçirilib.

Azərbaycan xalqının milli irsinin təbliği məqsədilə təşkil edilən sərgidə muzeyin arxeologiya, etnoqrafiya, numizmatika sahələrinə aid eksponatlar nümayiş olunub.

Sərgidə milli sərvətlərimiz, abidələrimiz olan muzey eksponatları Avropa tamaşaçılarına Azərbaycan tarixini, mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq imkanı verir.

Çexiyada nəşr edilən Azərbaycan və Xəzər tədqiqatları Mərkəzinin “Bulletin” jurnalının növbəti sayı bütövlükdə Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunub. Jurnalda Azərbaycan və Çexiya müəlliflərinin ingilis və çex dillərində məqalələri dərc olunub. Nəşrdə, həmçinin muzeyin materialları və sərgisi barədə şəkillərlə yanaşı, geniş məqalələr də yer alıb.

Sərginin kuratoru Pavlina Voqelovanın “Azərbaycan – möcüzəli odlar yurdu” sərlövhəli məqaləsində sərginin açılış mərasimindən fotoşəkillər və burada nümayiş olunan eksponatlar barədə məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: