Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidə kompleksi dövlətimizin şəhid soydaşlarımızın xatirəsinə dərin ehtiramının əyani təcəssümüdür
25.02.2015 00:00
  • A-
  • A
  • A+

Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidə kompleksi dövlətimizin şəhid soydaşlarımızın xatirəsinə dərin ehtiramının əyani təcəssümüdür

Fevralın 25-də AMEA Dilçilik İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Tofiq Hacıyev qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi.

T.Hacıyev vurğulayıb ki, bir çox milli faciələrimiz kimi Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirləri düzənlənir. Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidə kompleksi dövlətimizin şəhid soydaşlarımızın xatirəsinə dərin ehtiramının əyani təcəssümüdür.

Sonra tədbir iştirakçıları çıxış edərək Xocalı soyqırımının dünya ictimaiyətinə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, bu cinayət cəzasız qalmayacaq, Xocalı soyqırımının günahkarları layiqli cəzalarına çatacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: