Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Almaniyalı mütəxəssis Respublika Seysmoloji Xidmət Mərkəzində olub
23.02.2015 00:00
  • A-
  • A
  • A+

Almaniyalı mütəxəssis Respublika Seysmoloji Xidmət Mərkəzində olub

Almaniya Geoelmlər üzrə Araşdırma Mərkəzi Departamentinin rəhbəri, Dr.Stefano Parolai AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Rəhbərlik etdiyi departamentdə aparılan tədqiqatlar barədə geniş məlumat verən Dr.Stefano Parolai əməkdaşları maraqlandıran sualları cavablandırıb.

S.Parolai, eyni zamanda RSXM-in Telemetrik Monitorinq Mərkəzində də olub. Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli almaniyalı qonağa Mərkəzdə aparılan kompleks seysmoloji və geofiziki tədqiqatlar, həyata keçirilən layihələr barədə məlumat verib.

Tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: