Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

PR Newswire şirkətinin nümayəndəsi AMEA Elmi İnnovasiyalar Mərkəzində olub
19.02.2015 00:00
  • A-
  • A
  • A+

PR Newswire şirkətinin nümayəndəsi AMEA Elmi İnnovasiyalar Mərkəzində olub

PR Newswire şirkətinin nümayəndəsi Daria Smurova AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) olub.

Mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov qonağa EİM-in fəaliyyəti, görülən işlər, əldə olunan nailiyyətlərlə bağlı ətraflı məlumat verib.

Daria Smurova bildirib ki, dünya informasiya bazarında liderlik edən PR Newswire şirkəti 1854-cü ildə ABŞ-da yaranmışdır. Hazırda dünyanın 16 ölkəsində fəaliyyət göstərən bu şirkət jurnalistlər, investorlar, biznes və cəmiyyət arasında əlaqələri təmin edir. 700 min jurnalisti öz ətrafında birləşdirən, 60 mindən çox müştərisi olan PR Newswire şirkəti gün ərzində 1500 press-relizi 40 dildə 170 ölkəyə yayır.

Görüşdə iki qurum arasında gələcəkdə qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: