Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası yeni arxeoloji eksponatlarla zənginləşdirilib
10.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası yeni arxeoloji eksponatlarla zənginləşdirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin əməkdaşları ekspozisiyanın təkmilləşdirilməsi və zənginləşdirilməsi istiqamətində müvafiq işlər həyata keçiriblər. Belə ki, muzeyin ekspozisiyası yeni eksponatlarla zənginləşdirilib və bədii tərtibat dəyişikliyi edilib. Arxeologiya fondundan 19 ədəd arxeoloji əşya ekspozisiyaya yerləşdirilib. Yeni eksponatlar e.ə. VI minilliyə aid 14 ədəd bikonik formalı gil sapand daşı, 2 ədəd gil kərpic və 3 ədəd XII-XIII əsrlərə aid sualtı arxeoloji tapıntıdan ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: