Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16.05.2021 15:15
  • A-
  • A
  • A+

Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Moskvada SSRİ Mühəndislik Akademiyasının, Rusiya və Beynəlxalq Mühəndislik akademiyalarının 30 illiyinə, həmçinin Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) və Rusiya Mühəndislik Akademiyasının (RMA) prezidenti, akademik B.V.Qusevin 85 illik yubileyinə həsr olunmuş “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda 17 ölkədən 94 nəfər iştirak edib. Tədbir koronavirus pandemiyası ilə əlaqədar olaraq distant formatda təşkil edilib.

Əvvəlcə BMA və RMA-nın prezidenti, akademik Boris Qusev giriş sözü ilə çıxış edib. Sonra BMA-nın fəxri prezidenti, Beynəlxalq Tan Mükafatının təsisçisi Samuel İn çıxış edərək konfrans iştirakçılarını salamlayıb.

Tədbirdə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev “Azərbaycanın prioritetləri: enerji layihələri və elm tutumlu sahələrin inkişafı” adlı məruzə ilə çıxış edib. Yubilyarı 85 illik yubileyi münasibətilə təbrik edən Arif Paşayev vurğulayıb: “Siz Rusiyanın intellektual fondunun görkəmli nümayəndəsi və istedadlı təşkilatçı-alimsiniz. Sizin fəaliyyətiniz Rusiya, MDB ölkələri və uzaq xarici ölkələrin elmi və mühəndislik birliklərinin birləşdirilməsində böyük rol oynayır. Bu tarix, yaradıcılıq fəaliyyəti və mütərəqqi fikirlərlə dolu həyat fəaliyyətinizin yekun hesabatı kimi qeyd olundu və Sizin kimi bir insanla ümumi elm və texnologiya sahəsində əməkdaşlıq etməyimizlə məmnunluq duyuruq”.

Növbəti məruzə ilə “Krekinq-proses zamanı firksion elementlərinin qarşılıqlı təsirinin tribokinetik modelləri” mövzusunda akademiyanın vitse-prezidenti, akademik Əhəd Canəhmədov çıxış edib.

Konfrans çərçivəsində ümumilikdə 20 məruzə dinlənilib.

AzərTac

  • Paylaş: