Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm tarixi və elmşünaslıq” jurnalı özünün ilk beynəlxalq indeksini alıb
16.05.2021 10:00
  • A-
  • A
  • A+

“Elm tarixi və elmşünaslıq” jurnalı özünün ilk beynəlxalq indeksini alıb

AMEA-nın Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilib.

Qeyd edək ki, jurnal beynəlxalq xülasələndirməsi olan, dünyanın müxtəlif elmi nəşrlərinin indeksləşdirildiyi “Advanced Sciences İndex” bazasında qeydiyyatdan keçərək rəsmi müqavilə əldə edib.

“Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı “Advanced Sciences İndex”də Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir və bazada dünyanın nüfuzlu jurnalları qeydiyyata alınıb.

Daha ətraflı məlumat üçün bu linkə müraciət edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: