Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Londonda II Beynəlxalq elmi-praktik konfrans keçiriləcək
05.02.2015 00:00
  • A-
  • A
  • A+

Londonda II Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Bu il 27 fevral-2 mart tarixlərdə Londonda (Böyük Britaniya) “Elm, texnologiyalar və biliklərin inteqrasiyası sahəsində İnnovasiyalar” mövzusunda II Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. 

SCIEURO-nun Böyük Britaniyadakı tərəfdaşları olan Elm Təhsil Assosiasiyası (ASE), Kral İqtisadi Cəmiyyəti (RES), Britaniya Psixoloji Cəmiyyəti (BPS), Siyasi Araşdırmalar Assosiasiyası (PSA) tərəfindən təşkil olunan beynəlxalq konfransda bütün ixtisaslar üzrə elmi məqalələr qəbul olunacaq. 

www.konferencii.ru saytında bildirilib ki, konfransa təqdim olunan materiallar Elmi məqalələr toplusunda dərc olunacaq və müəlliflərə göndəriləcək. Bu toplunun nəşri Böyük Britaniyada həyata keçirilir. Topluda nəşr olunan mühüm nüsxələr Britaniya kitabxanasına (The British Library), Kembric Universitetinin kitabxanasına (The University Library, Cambridge), Oksford Bodlen kitabxanasına (The Bodleian Library, Oxford), Şotlandiya Milli Kitabxanasına (The National Library of Scotland, Edinburgh) və s. beynəlxalq kitabxanalara göndəriləcək. Kitabxanalararası abunə sisteminə görə toplunun materialları Böyük Britaniyanın 170 ali təhsil müəssisəsində əlyetərli olacaq.

Qeyd edək ki, distant formada keçiriləcək tədbirdə iştirak etmək üçün ərizə qəbulunun son tarixi 27 fevral 2015-ci ildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: