Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Polimer Materialları İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub
07.05.2021 14:02
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub

AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, müəssisənin baş mühəndisi, kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, elmi araşdırmalar depatamentinin rəhbəri, professor Filip Turek, magistr pilləsi üzrə kimya müəllimi Zahra Afrassiabian iştirak ediblər.

Tədbirdə Bəxtiyar Məmmədov təhsil-elm-istehsalat zəncirinin möhkəmləndirilməsinin əhəmiyyətindən, elm və təhsilin inteqrasiyası istiqamətdə rəhbərlik etdiyi institutun universitetlərlə, o cümlədən UFAZ-la əməkdaşlığının vacibliyindən danışıb. O, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri və təcrübi olaraq dərinləşdirmələri üçün hər cür şəraitin olduğunu bildirib. UFAZ-ın əməkdaşları da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açıb, əməkdaşlıq imkanlarının əhəmiyyətini vurğulayıblar.

Sonda iki qurum arasında əməkdaşlıq imkanları müzakirə edilib, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Univeriteti ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: